Gənclər və İdman Nazirliyi idmançıların reytinq cədvəlini açıqlayıb

Gənclər və İdman Nazirliyi idmançıların reytinq cədvəlini açıqlayıb

Bakı. TurkicWorld:

Azərbaycan Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü ilin yanvar ayının reytinq cədvəlini açıqlayıb.

TurkicWorld xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 360 xal toplayan cüdoçu Zelim Kotsoyev isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.