Bakı. TurkicWorld:
Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, formalaşdırılması vacib şərtdir. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş və insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdi. Bununla, Azərbaycanda hüquqi dövlətin möhkəm təməli qoyulmuş və hüquq islahatlarının aparılmasına başlanılmışdır.
Bu barədə noyabrın 20-də “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin birgə təşəbbüsü ilə keçirilən dəyirmi masada qeyd edilib.
Dəyirmi masada təşkilatçı qurumların məsul şəxsləri və əməkdaşları, hüquqşünaslar, ictimaiyyət nümayəndələri iştirak edib.