Bakı. TurkicWorld:
Noyabrın 16-da Quba Olimpiya İdman Kompleksində “İdman festivalı 2023”ə start verilib.
İdman.biz xəbər verir ki, gün ərzində idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub.
Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və digər fəaliyyətlər iştirakçılar, eləcə də sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
Günün ikinci yarısında Quba Olimpiya İdman Kompleksində tonqal ətrafında azərbaycanlı alpinist İsrafil Aşurlı festival iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.
Noyabrın 20-də başa çatacaq festivala 23 idman növü üzrə 168 idmançı (13-15 yaş), eləcə də 18 məşqçi qatılılıb. Noyabrın 18-19-da şəhərin Nizami parkında idmançıların nümunəvi çıxışları planlaşdırılıb.
Qeyd edək ki, bu, sayca ikinci idman festivalıdır. İlk festival ötən il Şəki şəhərində təşkil edilmişdi.
İdman.biz