Son dəqiqə

Quba

Qubada “Uşaq hüquqları aylığı” çərçivəsində seminar keçirilib

Bakı. TurkicWorld:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin və Quba rayonu İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının təşkilatçılığı ilə ilə 6 noyabrda, Quba rayonu İkinci Nügədi kəndində, “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusunda seminar keçirilib. “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Quba RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasının aparıcı məsləhətçisi Cahid Mustafayev, Quba RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Qəmbər Abdullayev, Oktay Məmmədov adına İkinci Nügədi kəndi 1 nömrəli tam orta məktəbin direktoru Vüqar İmaməliyev, İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, ərazidəki, digər dini icma sədrləri və üzvləri, dindarlar və valideynlər iştirak edib.

Çıxışlar zamanı məlumat verilib ki, uşaq hüquqlarının beynəlxalq müdafiəsi istiqamətində mühüm aspektləri özündə birləşdirən, 1989-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir. Konvensiya dünyada ən geniş şəkildə ratifikasiya olunan beynəlxalq müqavilə olmaqla uşaqların hüquqlarını qorumaq üçün qəbul edilən əsas sənəd kimi bir çox dövlətlərin bu sahədə milli qanunvericilik bazasının formalaşmasına təkan vermişdir. Qeyd olunub ki, Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulmuş, 1998-ci il 19 may tarixində ölkəmizdə sözügedən Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ölkədə uşaq hüquqlarının müdafiəsi məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi təmin olunmuşdur. Seminarda bildirilmişdir ki, təhsil uşaqların gələcək həyatının qurulmasında mühüm rol oynayır və Azərbaycan Respublikasının ən ucqar kəndlərində belə yeni, müasir standartlara cavab verən məktəblər istifadəyə verilmişdir, hazırda da, bu iş, o cümlədən məktəblərin təchizatı davam etdirilir. Qeyd olunmuşdur ki, dini icmalar da, uşaqların dünyəvi təhsildən yayınmaması üçün özlərinə aid məsələlərdə məsuliyyət daşıyır.

il

Mövzuya görə xəbərlər