“Qəbələ” – “Olimpiakos” oyununun hakimləri müəyyənləşib

“Qəbələ” – “Olimpiakos” oyununun hakimləri müəyyənləşib

Bakı. TurkicWorld:

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcək.

Noyabrın 8-dəki matçın baş hakimi Qoqa Kikaçeişvili olacaq. Ona həmyerliləri David Axvlediani və Davit Qabisoniya kömək edəcəklər.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.

UEFA Gənclər Liqası
Çempionlar yolu, II mərhələ
İlk oyun, 8 noyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim:
Qoqa Kikaçeişvili
Baş hakimin köməkçiləri: David Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan)
Qəbələ şəhər stadionu