Son dəqiqə

Qarabağ UEFA

"Qarabağ" Çempionlar Liqasında "Kopenhagen"lə qarşılaşacaq

Bakı, TurkicWorld

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.

TurkicWorld xəbər verir ki, Azərbaycan çempionu Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində növbəti oyununu oktyabrın 22-də səfərdə İspaniyanın "Atletik Bilbao" klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk turda səfərdə "Benfika" üzərində 3:2 hesabı ilə qələbə qazanmışdı.

20:45. "Qarabağ" - "Kopenhagen".

Mövzuya görə xəbərlər