Son dəqiqə

Quba

Qubada “Tarix yazan əbədiyaşar lider” mövzusunda seminar keçirilib

Bakı. TurkicWorld:

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin və Quba Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa formatında seminar keçirilib. Seminarda DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional Mərkəzinin əməkdaşı Murad Əsgərov, Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, din xadimləri və dini icma sərləri iştirak edib.

Çııxışlar zamanı bildirilib ki, Heydər Əliyevin adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. O, yaşadığı dövrdə möhtəşəmliyi və əzəmətilə fərqlənən bir şəxsiyyət olmuşdur. Dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən, müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev nəinki Azərbaycan xalqının ulu öndəri, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir. Qeyd edilib ki, Ulu Öndər ən böyük multikultural və tolerantlıq nümunəsi göstərərək dövlətimizin başlıca prioritetlərini müəyyənləşdirib. Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq məfkurəsi elə bir düşüncə tərzidir ki, nəinki Vətənimizdə sülh və əminamanlıq şəraitində müxtəlif dinlərin, etnos və xalqların nümayəndələrini birləşdirir, həmçinin Azərbaycanla bağlılığı olan və Dünyanın yaxın-uzaq ölkələrində yaşayan bütün sülhpərvər insanları birləşdirir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri, dini etiqad azadlığının qorunması sahəsində atılan mühüm addımlar öz bəhrəsini verir və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Mövzuya görə xəbərlər