Bakı. TurkicWorld:
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
TurkicWorld xəbər verir ki, 2 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub.
ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.
Xatırladaq ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kiloqram) Əşrəf Aşırov (79 kiloqram) gümüş, Kənan Heybətov (70 kiloqram), Abdulcəlil Şabanov (92 kiloqram) və Vaxit Qalayev (125 kiloqram) isə bürünc medal qazanıb.