Fərid Qayıbov Avropa çempionatında uğur qazanan gimnastlarla görüşüb

Fərid Qayıbov Avropa çempionatında uğur qazanan gimnastlarla görüşüb

Bakı. TurkicWorld:

Azərbaycan Gənclər və İdman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov Bolqarıstanın Varna şəhərinə səfər edib.

İdman.biz xəbər verir ki, nazir akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında ölkəmizi uğurla təmsil edən idmançılar və onların məşqçiləri ilə görüşüb.

Fərid Qayıbov 4 qızıl, 2 gümüş medal qazanmış Azərbaycan yığma komandasının üzvlərini təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.