Son dəqiqə

Mincivan

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 3 il ötür

Bakı. TurkicWorld:

Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

TurkicWorld xəbər verir ki, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Qeyd edək ki, 2020-ci il oktyabrın 21-də Zəngilan rayonunun Mincivan qəsəbəsi ilə yanaşı, 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində məlumat verib.

Eyni zamanda, Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.

Mövzuya görə xəbərlər