Son dəqiqə

Milli Məclis Qənirə Paşayeva Mərkəzi Klinika

Mərkəzi Klinikanın baş həkimi Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib

Bakı. TurkicWorld:

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

Baş həkim TurkicWorld-ə açıqlamasında bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır.

“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”, - deyə baş həkim qeyd edib.

xxx

10:34

Millət vəkili Qənirə Paşayevanın səhhətində müsbətə doğru hər hansı bir irəliləyiş yoxdur.

Bu barədə TurkicWorld-ə xanım millət vəkilinin yaxınları bildirib. Son məlumata görə, Q.Paşayevanın sağlıq vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva ötən gün komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Hazırda orada müalicəsi davam etdirilir.

Deputatın dərmandan komaya düşdüyü bildirilir.

Mövzuya görə xəbərlər