AZAL Bakıdan Minskə reyslər açır

AZAL Bakıdan Minskə reyslər açır

Bakı. TurkicWorld:

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən TurkicWorld-a verilən məlumata görə, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin 2023-cü il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.

Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.