UEFA Avropa Liqası: “Qarabağ” Finlandiyanın “HİK” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Qarabağ” Finlandiyanın “HİK” komandasını məğlub edib

Bakı. TurkicWorld:

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "HİK" ilə “Qarabağ” qarşılaşması başa çatıb.

TurkicWorld xəbər verir ki, oyun "Qarabağ" komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"HİK"in heyətində Santeri Hostikka 10-cu dəqiqədə fərqlənib. İlk hissənin sonlarına yaxın Ağdam klubunun futbolçusu Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib - 1:1. Oyunun 56-ci dəqiqəsində Yassin Benzia "Qarabağın"ın ikinci qolunu vurub.

Beləliklə, "Qarabağ" komandası UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.