Son dəqiqə

UEFA

UEFA Beşiktaş - Makkabi Tel-Əviv oyunu ilə bağlı açıqlama verib

Bakı,TurkicWorld

UEFA, Avropa Liqası çərçivəsində Türkiyənin Beşiktaş klubu ilə İsrailin Makkabi Tel-Əviv komandası arasında keçiriləcək oyunla bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki, qarşılaşma neytral bir ölkədə oynanacaq.

"Beşiktaş – Makkabi Tel-Əviv oyunu 28 noyabr 2024-cü il tarixində neytral meydanda oynanılacaq. UEFA Beşiktaşla alternativ neytral məkanla bağlı danışıqlar aparır və yaxın vaxtlarda açıqlanacaq",- deyə UEFA-dan bildirilib.

Qeyd edək ki, mövzü ilə bağlı klub da açıqlama vermişdir:

"Komandamız ilə Makkabi Tel-Əviv arasında oynanılması planlaşdırılan UEFA Avropa Liqası matçı ilə bağlı UEFA ilə lazımi yazışmalar aparılsa da, lazımi icazələr alınsa da, Beşiktaş - Makkabi Tel-Əviv oyunu neytral ölkədə keçiriləcək. İnanırıq ki, Beşiktaş azarkeşləri bu prosesdə ölkəmizi və Beşiktaşı çətin vəziyyətə salmaq məqsədi daşıyan hər hansı təxribatçı hərəkətlərə qarşı öz böyüklüyünə yaraşan həssaslıq nümayiş etdirəcək".

Mövzuya görə xəbərlər