Misli Premyer Liqa Azərbaycan Futbol Federasiyasının (AFFA)

Azərbaycan Premyer Liqası yeni mövsümə “Misli Premyer Liqa” adı ilə davam edəcək

Bakı. TurkicWorld:

Azərbaycan Premyer Liqası 2023-2024 mövsümünə “Misli Premyer Liqa” adı ilə davam edəcək.

TurkicWorld xəbər verir ki, bununla bağlı Misli Azərbaycan (Misli.az) və Azərbaycan Peşəkar Futbol Liqası (PFL) arasında yenilənmiş sponsorluq müqaviləsi "Azərlotereya"nın İdarə Heyətinin sədri Osman Karakuşla PFL prezidenti Elxan Səmədov arasında imzalanıb.

Məlumata əsasən, imzalama mərasimində Azərbaycan Futbol Federasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev və Türkiyənin Demirören Holdinqinin İdarə heyətinin sədri Yıldırım Dəmirören də iştirak edib.

"Azərbaycan Peşəkar Futbol Liqası ilə bu mühüm əməkdaşlığın uğurla davam edəcəyinə, Azərbaycanda və region futbolunda istedadlı gənc futbolçuların yetişdirilməsinə müsbət töhfə verəcəyinə inanıram. İdmanın inkişafına dəstək olmaq bizim üçün çox əhəmiyyətlidir”, - deyə Y.Demirören çıxışında bildirib.

Bundan əlavə, tədbirdə çıxış edən O.Karakaş 2022-ci ildən başlanan bu əməkdaşlığın çox müsbət nəticələr verdiyini qeyd edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər