Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Rəqəmsal Liderlik Forumunda təmsil olunub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Rəqəmsal Liderlik Forumunda təmsil olunub

Bakı. TurkicWorld:

7-9 İyul tarixində, Özbəkistanın paytaxt şəhərində Rəqəmsal Texnologiyaları nazirliyinin təşkilatçılığı ilə keçirilən Rəqəmsal Liderlik Forumu 300-dən çox nümayəndənin iştiraki ilə Özbəkistanın İT sektoruna və onun işçilərinə qoyduğu böyük investisiyaların müzakirəsinin keçirildiyi illik toplantıdır.

Forumun müxtəlif panellərində Mərkəzin üzvləri Serbiyanın sabiq Prezidenti cənab Boris Tadiç, Gürcüstanın sabiq Prezidenti cənab Qiorqi Marqvelaşvili, Moldova və Qırğızıstanın sabiq Baş nazirləri cənab Kiril Qaburiçi və cənab Comart Otorbayev, Amerika Milli Əlaqələr Komitəsinin prezidenti xanım Suzan Elliott iştirak etmişdir.

Forumda aparıcı təşkilatlardan, o cümlədən dünyanın IT üzrə aparıcı xidmət və məhsul şirkətlərindən müxtəlif məruzəçilər də yer alıb.

Forum çərcivəsində Mərkəzin üzvləri Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri, cənab Şerzod Şermatov ilə toplantı keçirib. Toplantı zamanı Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami ili” çərçivəsində, Mərkəz tərəfindən xüsusi nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabı təqdim edilib.