Azərbaycanda zəlzələdən zərərçəkənlərə yardım ayrılacaq - Samir Şərifov

Azərbaycanda zəlzələdən zərərçəkənlərə yardım ayrılacaq - Samir Şərifov

Bakı. TurkicWorld:

Ağsu, Şamaxı, İsmayıllıda zəlzələdən zərərçəkənlərə yardımın göstərilməsi, zərər görmüş evlərin bərpası ilə bağlı kifayət qədər vəsait ayrılıb.

TurkicWorld-un məlumatına görə, buni Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, təssüflər olsun ki, təqdim olunan məlumatlar yenilənir. "Yeni təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumları tərəfindən yoxlanılır və bunun nəticəsində zərər çəkmiş insanlara yardım göstəriləcək", - deyə o əlavə edib.