Azərbaycanda son sutkada koronavirusa 9 nəfər yoluxub

Azərbaycanda  son sutkada koronavirusa 9 nəfər yoluxub

Bakı. TurkicWorld:

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TurkicWorld-a verilən məlumata görə, son sutkada infeksiyaya 9 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 9 nəfər sağalıb, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 812 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 451 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.