Kemal Kılıçdaroğlu Azərbaycanı “Yeni İpək Yolu”- nun tərkib hissəsi kimi görmək istəmir - Elman Nəsirov (ÖZƏL)

Kemal Kılıçdaroğlu Azərbaycanı “Yeni İpək Yolu”- nun tərkib hissəsi kimi görmək istəmir - Elman Nəsirov (ÖZƏL)

Bakı TurkicWorld

Kemal Kılıçdaroğlu, Azərbaycanı “Yeni İpək Yolu”- nun tərkib hissəsi kimi görmək istəmir.

Bu sözləri saytımıza özəl açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Elman Nəsirov, Türkiyə prezident seçkilərinə namizəd olan Kılıçdaroğlunun “Yeni İpək Yolu” layihəsinə rəy bildirib:
“May ayının 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində müxalifətin vahid lideri Kemal Kılıçdaroğlunun səsləndirdiyi fikirlər təkcə Türkiyənin deyil, Azərbaycan ictimaiyyətində də ən çox müzakirə olunan məsələlər sırasındadır. Kılıçdaroğlu özünün “Yeni İpək Yolu” layihəsinin asonsunu edib. Əgər onun fikirlərinə diqqət yetirsək, anti-Azərbaycan mövqeyini açıq-aşkar şəkildə görə bilərik”.

Deputat sözügedən layihə ilə bağlı mövqe bildirərək deyib ki, Kılıçdaroğlunun bu layihəsində Türkiyədəki yüklər İranın (Təbriz və Tehran) ərazisındən keçməklə, Aşqabada daxil olub, oradan da Özbəkistanın Daşkənd şəhərindən son məntəqə kimi Çinə keçir: “Bu layihədə Azərbaycana yer ayrılmayıb. Görünür ki, Kılıçdaroğlu Azərbaycanı “Yeni İpək Yolu”- nun tərkib hissəsi kimi görmək istəmir”.

Deputatın fikrinə görə, bu yanaşma onun həm də Zəngəzur dəhlizi əleyhinə olduğunu ifadə edir.

O, həmçinin, Kılıçdaroğlunun bu siyasətinin seçkilərdəki mövqeyini zəyiflədəcəyini qeyd edib.
“Təsadüfi deyildir ki, Türkiyədəki ekspertlər də hesab edir ki, prezidentliyə namizəd olan bu və ya digər şəxsin seçkilərdə qazanacağı nəticə,Azərbaycana olan isti və yaxud soyuq münasibətindən təxminən 10% asılıdır. R. Ərdoğan Azərbaycana olan xüsusi münasibətilə seçilir. Onun İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi misilsiz dəstək heç zaman xalqımızın yadından çıxmaz. Kılıçdaroğlunun isə Azərbaycana olan münasibəti təxmini olaraq 10% səsin itirilməsinə səbəb ola bilər.

Sonda isə E.Nəsirov cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına Şuşa şəhərindəki müraciətinə əsaslanaraq bildirib ki, Ulu Öndər-HeydərƏliyev hələ 90-cı illərin sonunda Orta Dəhlizlə əlaqədar mühüm strateji əhəmiyyətli tədbir keçirtdi. Onun sözlərinə əsasən, həmin tədbir ilk növbədə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhliziynən bağlı idi və Azərbaycan sözü gedən təhlizin mühüm tərkib hissəsi idi.