Son dəqiqə

Türkiyə PKK İraq Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Türkiyə MİT PKK terrorçusunu zərəsizləşdirib

Bakı, TurkicWorld:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ərazisində anti-terror əməliyyatı keçirib.

TurkicWorld xəbər verir ki, anti-terror əməliyyatı nəticəsində PKK terror təşkilatının xüsusi təyinatlı üzvü Müslüm Ürper zərərsizləşdirilib.

Məlumata əsasən, 2015-ci ildə İraq köçən Ürper Türkiyə Silahlı Qüvvələrinə qarşı keçirilən əməliyyatlarda silah və sursat daşıdığı üçün MİT-in hədəf siyahısına daxil edilib.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər