Cahit Bağcı Heydər Əliyevin 100 illiyi münasibətilə paylaşım edib

Cahit Bağcı Heydər Əliyevin 100 illiyi münasibətilə paylaşım edib

Bakı.TurkicWorld:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə paylaşım edib.

TurkicWorld-un məlumatına görə, bu barədə səfirin tvitter hesabında qeyd edilib.

"Qardaş Azərbaycanın Ulu Öndəri və Azərbaycanı güclü və müasir dövlətə çevirən ideyaların müəllifi Heydər Əliyevi anadan olmasının 100-cü ildönümü münasibətilə dərin ehtiramla yad edirik", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında sərəncam imzalayıb.