Bakı. TurkicWorld:
Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib.
TurkicWorld-un məlumatına görə, bu barədə siyasətçi "Twitter" hesabındfa məlumat verib. Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib.
"Erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinə 1 milyondan çox mina qoyulub. İndi cəsur insanlar onları təmizləyirlər ki, azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun" – Bləkmən bildirib.