Bakı. TurkicWorld:
Fransanın Hakim İntibah Partiyasının deputatları PKK/YPG terror təşkilatının rəhbərlərini qonaq edib.
TurkicWorld-un məlumatına görə, qalmaqallı görüşün fotosunu fransalı deputat Sara Tanzilli sosial media hesabında paylaşaraq terrorçularla keçirilən görüş barədə məlumat verib.
Xatırladaq ki, bu ilin mart ayında PKK/YPG terror təşkilatı mənsubları Fransa Senatında qonaq edilib və terrorçulara sözdə şərəf medalları təqdim edilib.
Hadisədən sonra Fransanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və qalmaqallı hadisə qınanılıb.