Son dəqiqə

Azərbaycan Milli Məclis Monteneqro

Azərbaycanla Monteneqro arasında saziş təsdiq edilib

Bakı. TurkicWorld:

Azərbaycanla Monteneqro arasında saziş təsdiq edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin aprelin 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Mövzuya görə xəbərlər