Milli Məclis Fransa Senatında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş konfransla bağlı bəyanat verib

Milli Məclis Fransa Senatında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş konfransla bağlı bəyanat verib

Bakı. TurkicWorld:

Milli Məclis Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat verib.

TurkicWorld-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin iclasının gündəliyinə daxil edilib.

Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb. Bəyanatın mətnini komissiyanın üzvü, deputat Sevil Mikayılova oxuyub.

Bəyanatda Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi pislənib. Qeyd edilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına zərbə vurur.

Bildirilib ki, ikinci Qarabağ müharibəsindən sonra Fransa Azərbaycana qarayaxma kampaniyası aparmaqda davam edir. Fransanın Cənubi Qafqazda yanaşması onun ikili standartlar üzərində qurulduğunu açıq nümayiş etdirir.

Azərbaycan Milli Məclisi Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi kimi yanlış praktikadan əl çəkməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hərəkətlərdən, onun daxili işlərinə müdaxilədən çəkinməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün yaradılmasına xidmət edən addımlar atmağa çağırır.