4 yaşayış məntəqəsini birləşdirən yolunun tikintisinə 6,7 milyon manat ayrılıb - SƏRƏNCAM

4 yaşayış məntəqəsini birləşdirən yolunun tikintisinə 6,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevə Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon (altı milyon yeddi yüz min) manat ayrılıb.