Prezident İlham Əliyevə Togg avtomobili təqdim ediləcək

Prezident İlham Əliyevə Togg avtomobili təqdim ediləcək

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevə Türkiyə istehsalı olan "Togg" elektromobili təqdim ediləcək.

TurkicWorld Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın istifadə edəcəyi "Togg" bazar ertəsi Türkiyə dövlət başçısına təqdim olunacaq.

"Daha sonra ikinci avtomobil Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək", - deyə nazir əlavə edib.