Prezident İlham Əliyev: Biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq

Prezident İlham Əliyev: Biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq

Bakı. TurkicWorld:

Kəlbəcər-Laçın yolu yenidən qurulur və bölgədə bir çox tunellər inşa ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: "Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir".