Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib

Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib

Bakı. TurkicWorld:

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib.

"Bu mövzu çox həssasdır. Bu məsələ iki xalqın barışması kontekstində, tərəflər arasında dialoq şəraitində nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan normallaşmasının əsasını ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu təşkil edir. O, həmçinin humanitar məsələləri əhatə edir. Bu günün əsas vəzifəsi Bakı və İrəvanın qeyd olunan sazişlərin bütün müddəalarını ardıcıl şəkildə yerinə yetirməsidir", - deyə o, bu gün həftəlik brifinq zamanı bildirib.