Prezident İlham Əliyev: Bu gün biz azad edilmiş bütün torpaqlarda qurub-yaradırıq

Prezident İlham Əliyev: Bu gün biz azad edilmiş bütün torpaqlarda qurub-yaradırıq

Bakı. Trend:

Biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərini güc tətbiq edərək azad etmişik, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyümüzü təmin etmişik, düşməni qovmuşuq, Ermənistan ordusunu məhv etmişik, diz çökdürmüşük.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində səsləndirib.

Dövlətimizin başçısı deyib: "Bu gün biz qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq".