...

Prezident Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Siyasət Digər xəbərlər 17 Mart 2023 08:48
TurkicWorld Sabir Alizade
Prezident Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Bakı. TurkicWorld:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib.

Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti