Azərbaycanla Rusiya arasında dürüst münasibətlər qurulub - Lavrov

Azərbaycanla Rusiya arasında dürüst münasibətlər qurulub - Lavrov

Bakı. TurkicWorld:

Azərbaycanla Rusiya arasında səmimi münasibətlər qurulub.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfransın açılışında çıxışı zamanı deyib.

"Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları vicdanla ifadə edirik və onları həll edirik, amma vicdanla. Bu, Bəyannamədə öz əksini tapıb", - o deyib.

Xəbər yenilənəcək