...

Rusiya Nazirlər Kabineti Azərbaycanla bağlı sazişi Dumaya təqdim edib

Siyasət Digər xəbərlər 22 Fevral 2023 23:44
TurkicWorld Sabir Alizade
Rusiya Nazirlər Kabineti Azərbaycanla bağlı sazişi Dumaya təqdim edib

Bakı. TurkicWorld:

Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

TurkicWorld-un "TASS"a istinadən verdiyi məlumata görə, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qərarda qeyd edilib ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasında işlədiyi müddətdə, Rusiya vətəndaşlarının isə Azərbaycan ərazisində işlədiyi müddətdə qazandıqları əmək stajı hesablanacaq.

Məqalədə:
Xəbərlər

Xəbər lenti