Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib

Bakı. TurkicWorld:

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.

Dövlətimizin başçısı öz növbəsində bildirib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.