Prezident İlham Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək

Prezident İlham Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək

Bakı. TurkicWorld:

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolu var və ölkəmiz son dövrlər bu sahədə bir sıra vacib addımlar atıb.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Bərpaolunan enerji sahəsində Azərbaycanda bir sıra layihələr həyata keçirildiyini, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu, ölkəmizdə istehsal olunan yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan yaradacaq, orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.