Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə tarixi sənəddir - Zaxarova

Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə tarixi sənəddir - Zaxarova

Bakı. TurkicWorld:

Azərbaycanla Rusiya arasında müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə tarixi sənəddir.

TurkicWorld-un cümə günü verdiyi məlumata görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Bu sənəddə ölkələr arasında münasibətlərin yeni keyfiyyəti, o cümlədən bütün sahələrdə əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib. Biz Bakı ilə birlikdə bu sənədin müddəalarının həyata keçirilməsi üzərində işləyirik. Bəyannamənin imzalanmasının ildönümü münasibəti ilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır", - deyə o bildirib.