Bakı. TurkicWorld:
İran Zəngəzur dəhlizinin açılmasına əngəl yaradır, ancaq bu məsələlər də aradan qalxacaq və Zəngəzur dəhlizi açılacaq.
TurkicWorld-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım bu gün jurnalistlərə amıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil.
"Türkiyə daim Azərbaycanın yanındadır. Zəngəzur dəhlizi də açılacaq və biz avtomobillərimizlə Türkiyədən Azərbaycana gələcəyik", - deyə o vurğulayıb.