Rejim istəməsə, İranda səfirliyə hücum olmaz - Amerikalı analitik

Rejim istəməsə, İranda səfirliyə hücum olmaz - Amerikalı analitik

Bakı. Trend:

Rejim istəməsə, İranda səfirliyə hücum olmaz.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə beynəlxalq siyasi analitiki, Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru və böyük elmi işçisi Maykl Doran öz tvitter səhifəsində yazıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Atəş açanın 50 yaşlarında kişi olduğu məlum olub. O, Kalaşnikov markalı avtomat silahla inzibati binaya daxil olub.

Tehran polis rəisinin öncəki məlumatlarında terrorçunun yanında iki uşaq olduğu deyilirdi. Müşahidə kameralarının daha sonra yayımlanan görüntüləri isə hücum edən şəxsin tək olduğunu göstərdi. O qapıda duran İran polisinə sanki əli ilə salam edərək binaya girir. İranlı polis onu saxlamaq üçün heç bir cəhd etmir və o heç bir maneə olmadan səfirliyə daxil olub. Silahlı şəxs mühafizə xidmətinin rəisini qətlə yetirərək səfirliyin iki mühafizəçisini yaralayıb. Nəhayət terrorçunu saxlamaq mümkün olub. Hazırda terror aktı araşdırılır.