Azərbaycan XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb

Azərbaycan XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb

Bakı. TurkicWorld:

Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.

TurkicWorld xəbər verir ki, bu barədə XİN-nin Tvitter səhifəsində paylaşım edilib.

"Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq", - paylaşımda qeyd olunub.