Bakı,TurkicWorld
Yaponiyanın Azərbaycanda çəkilən filmi ən maraqlı filmlərdəndir.
Bu fikirləri bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının "Sülh dili və dezinformasiya ilə mübarizə" mövzusunda xüsusi sessiyasında deyib.
Prezidentin köməkçisi bildirib ki, hazırda Yaponiya vətəndaşları üçün birillik vizasız gediş-gəliş imkanı mövcuddur.
"Azərbaycanlılar da Yaponiyaya vizasız gedib-gəlmək istəyirlər. Bunu mümkün etmək olar. Həmin filmə görə yaponiyalı mütəxəssislərə təşəkkür edirəm", – deyə H.Hacıyev qeyd edib.




