Bakı, Yanvar 6. /TurkicWorld/
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Tokatda terrorla mübarizədə son vəziyyətlə bağlı açıqlama verib. TurkicWorld-un məlumatına görə, nazir teroru mənbəyində məhv etmək strategiyalarını davam etdirdiklərini bildirib.
“Suriyanın şimalında yeganə hədəfimiz terrorçulardır. Bizim beynəlxalq hüquq baxımından heç bir problemimiz yoxdur. Biz xalqımızı terror bəlasından xilas etmək üçün əlimizdən gələni etməyə hazırıq.” – deyə Akar qeyd edib.
Daha sonra Rusiya-Ukrayna münaqişəsi haqqında fikirlərini bildirən Akar Türkiyənin köməyi ilə bu günə qədər Aralıq dənizi vasitəsi ilə 17 milyon ton taxıl daşındığını bildirib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanında köməyi ilə hər iki ölkə arasında sülhün təmin olunması üçün əlimizdən gələni edəcəyik.