Son dəqiqə

dekolonizasiya prosesi siyasi müstəqillik və dekolonizasiya düşüncə tərzinin azad edilməsi informasiya məkanının dekolonizasiyası ictimai şüurun dekolonizasiyası Voice of Congo təşkilatı

Dekolonizasiya informasiya məkanının müstəmləkəçilik təsirlərindən azad edilməsini də əhatə edir - “Voice of Congo” nümayəndəsi

BAKI,TurkicWorld Orxan Qədirzadə

Dekolonizasiya yalnız siyasi müstəqilliyin əldə olunması ilə yekunlaşmır. Bu proses eyni zamanda düşüncə tərzinin, informasiya məkanının və ictimai şüurun müstəmləkəçilikdən qalan təsirlərdən azad edilməsini nəzərdə tutur.

Bunu “Voice of Congo” təşkilatının baş nümayəndəsi Sedrik Monzia Aundu “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, uzun illər ərzində media müstəmləkəçi dövlətlərin formalaşdırdığı baxış bucağını və narrativləri təbliğ edən əsas alətlərdən biri olub. Müasir dövrdə isə jurnalistikanın missiyası tamamilə fərqlidir – faktları dəqiqliklə araşdırmaq, həqiqəti ictimaiyyətə çatdırmaq, yerli xalqların səsini eşitdirmək və daha ədalətli, balanslı informasiya mühitinin formalaşmasına töhfə vermək.

Sedrik Monzia Aundu vurğulayıb ki, rəqəmsal platformalar və sosial media artıq qlobal ictimai rəyin formalaşmasına ciddi təsir göstərən əsas kommunikasiya vasitələrinə çevrilib. Onun sözlərinə görə, dezinformasiyanın geniş yayıldığı bir dövrdə peşəkar jurnalistlərlə rəqəmsal kontent yaradıcılarının əməkdaşlığı düzgün və etibarlı məlumatın yayılması, eləcə də dekolonizasiya ilə bağlı həqiqətlərin daha geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Mövzuya görə xəbərlər