Son dəqiqə

Azərbaycan Türkiyə

Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik

BAKI,TurkicWorld

Türkiyənin Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında Şuşa Bəyannaməsinin imzalanmasının 5 ili münasibətilə paylaşım edilib.

Paylaşımda bildirilib ki, Azərbaycanla müstəsna qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri beş il əvvəl bu gün Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə yeni və tarixi bir mərhələyə yüksəlib.

"Şuşa Bəyannaməsinin müəyyən etdiyi hədəflər və ortaq gələcək vizyonu əsasında Azərbaycanla əməkdaşlığımızı bütün sahələrdə daha da gücləndirərək inkişaf etdirməyə qətiyyətlə davam edəcəyik", - deyə paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər