
Bakı. TurkicWorld:
Türkiyə ordusu Suriya və İraqda "Pençe Kılıç" yeni hava əməliyyatı başladığı gündən 184 terrorçunu zərərsizləşdirib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar bildirib.
"Bu rəqəmlərin daha da artacağını gözləyirik. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyə silahlı qüvvələri əməliyyat zamanı mülki əhaliyə, ətraf mühitə, tarixi, mədəni və dini tikililərə zərər vurmamaq üçün həssaslıq göstərir.