...

Prezident İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

Siyasət Digər xəbərlər 21 Noyabr 2022 16:03
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri Aktam Xaitovu qəbul edib.

TurkicWorld xəbər verir ki, Aktam Xaitov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi öz adından və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adından təbrik etdi, Özbəkistanın dövlət başçısının xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Aktam Xaitov Prezident Şavkat Mirziyoyevin Azərbaycan ilə qarşılıqlı əlaqələri yüksək qiymətləndirdiyini vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.

Bu il ərzində Özbəkistana üç dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevlə görüşlərini məmnunluqla xatırladı.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Özbəkistanın Liberal Demokratik Partiyası arasında əməkdaşlığın səmərəliliyinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

Məqalədə:
Xəbərlər

Xəbər lenti