Azərbaycan Ordusunun guya atəş açılması ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır - MN

Azərbaycan Ordusunun guya atəş açılması ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır - MN

Bakı. TurkicWorld:

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.