Mixail Mişustin Azərbaycana səfərə gəlib

Mixail Mişustin Azərbaycana səfərə gəlib

Bakı. TurkicWorld:

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 17-də Azərbaycana səfərə gəlib.

TurkicWorld xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşıladılar.