Son dəqiqə

XİN

Azərbaycan XİN Pakistana başsağlığı verib

BAKI,TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox sayda insanın yaralanması dərin təəssüf doğurur. Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin məqamda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Bu cür terror aktlarına heç bir halda haqq qazandırıla bilməz və onlar bütün forma və təzahürlərində qəti şəkildə rədd edilməlidir", - deyə XİN-nin paylaşımında qeyd edilib.

Mövzuya görə xəbərlər