Son dəqiqə

Sahibə Qafarova

Spiker Sahibə Qafarova Monteneqroya işgüzar səfərə gedib

BAKI. TurkicWorld:

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroya işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TurkicWorld-a verilən məlumata görə, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.

Vurğulanıb ki, Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Mövzuya görə xəbərlər