Son dəqiqə

Azərbaycan Hikmət Hacıyev Xankəndi

Qafqaz regionunda yeni status-kvo formalaşmaqdadır - Hikmət Hacıyev

BAKI,TurkicWorld

Qafqaz regionunda yeni status-kvo formalaşmaqdadır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində Qarabağ Universitetində çıxışı zamanı bildirib.

"Qafqaz regionunda beynəlxalq hüquqa, ədalətə və tarixi reallıqlara əsaslanan yeni status-kvo formalaşmaqdadır", – deyə H. Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münaqişənin daha geniş mənada nizamlanması, ələlxüsus regionda - bilavasitə qonşuluğunda yeni münaqişə ocaqlarının yarandığı bir şəraitdə, hər iki ölkə üçün sabitlik və dayanıqlılıq üçün zəmin yaradır.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir və iki gün davam edəcək.

Səfər çərçivəsində iştirakçılar bölgədə aparılan yenidənqurma və bərpa işləri ilə yerində tanış olacaq, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət edəcəklər.

Mövzuya görə xəbərlər